AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva - Böyük qurbanlar bahasına əldə etdiyimiz müstəqilliyimiz əvəzsiz mirasımızdır..!

  • + A
  • - A
  • 20-01-2022, 00:48

    Politoloq Ülkər Piriyeva - Böyük qurbanlar bahasına əldə etdiyimiz müstəqilliyimiz əvəzsiz mirasımızdır..!
    Politoloq
    Ülkər Piriyeva


    Böyük qurbanlar bahasına əldə etdiyimiz müstəqilliyimiz əvəzsiz mirasımızdır..!


    Xalqımızın ən yeni tarixinin şərəfli səhifələrindən biri sayılan 20 Yanvar faciəsi xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizəsinin dönməzliyini bütün dünyaya nümayiş etdirdi və bununla bərabər milli azadlıq hərəkatının müstəqilliklə nəticələnməsində ciddi və əvəzedilməz bir dönüş nöqtəsi oldu.

    Sözsüz ki, o ağır illərdə Azərbaycan ziyalılarının, xüsusilə Ümummilli lider Heydər Əliyevin cəsarətli mövqeyi xalqın əzmkarlığında, haqsızlığa qarşı inamlı duruşunda böyük rol oynadı.

    Tam 32 il öncə, 1990-cı il yanvarın 21-də Ulu Öndərimiz Heydər Əliyev qanlı 20 Yanvar gecəsi və hadisələrlə bağlı Moskvada Azərbaycan xalqı adından sərt bəyanat verdi, xalqımıza qarşı törədilmiş qanlı qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdi. Təəssüf hissi ilə qeyd edək ki, insanlıq əleyhinə törədilmiş dəhşətli cinayət nəticəsində, beynəlxalq hüquq ən kobud şəkildə pozulmuşdu, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan Qanlı Yanvar faciəsinə hələ bugünədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları hələ də cəzalandırılmayıb ..

    Ancaq inanırıq ki, beynəlxalq səviyyədə 20 Yanvar faciəsinə hüquqi qiymət veriləcək və bu qanlı cinayəti törədənlər məsuliyyətə cəlb olunaraq cəzalandırılacaqdır.

    Gənc nəslimizin milli-vətənpərvər ruhunun formalaşmasında 20 Yanvar faciəsinin təsiri əvəzedilməzdir, bu faciəvi hadisə xalqımızda Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərməklə yanaşı dövlət müstəqilliyimizin bərpa edilməsində ciddi dönüş nöqtəsi oldu.

    Beləliklə, 30 il sonra Ulu Öndərimizdən bizə miras qalan Azərbaycançılıq ideologiyası və bundan doğan həmrəylimiz ilə işğal altında olan torpaqlarımızı işğaldan azad etməyə nail olduq. Hər zaman bu gün olduğumuz kimi həmrəy olmalı və bu ideologiya ətrafında həmişə sıx birləşməliyik. Birləşməliyik ki kimsə bizi qıra bilməsin.

    Əlbəttə ki, xalqların tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Lakin çox nadir hallarda bu iki məqam üst-üstə düşür.

    Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı.

    O dəhşətli gecədə Azərbaycan xalqı sınağa çəkildi.


    Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxdı, həm də bu faciəni törədənlərə başçılıq edənlərin kimliyi bəlli oldu.

    Bəli, 1988-ci ildən erməni vandallarının başlatdığı təcavüzkarlıq aktlarına etiraz olaraq ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə qarşı silahlı müdaxilə yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması ilə nəticələndi. Amma, Bakıda kütləvi şəkildə həyata keçirilən bu ağlasığmaz vandallıq aktı insanlarımızı ruhdan salmadı, əksinə, Azərbaycan xalqını ölkənin müstəqilliyi uğrunda daha da sıx birləşdirdi və gücləndirdi. Həmin hadisələr bir qəhrəmanlıq salnaməsinə çevrildi, xalqımız daha da cəsarətləndi və müstəqilliyin nə qədər böyük bir dəyər olduğunu heç vaxt silinməyəcək bir şəkildə yaddaşımıza həkk elədi.

    Nəhayət, ərazi bütövlüyümüz uğrunda 30 ildən artıqdır davam edən mübarizəmiz, Prezident Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında rəşadətli Ordumuzun tariximizə qızıl hərflərlə yazdığı, 44 günlük Vətən Müharibəsi nəticəsində əldə etdiyi Şanlı Zəfərlə nəticələndi.


    Demək olar ki, hər birimizin uşaqlıq illərindən yaddaşımızda dərin iz qoyan bu ağır faciədə müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsini dərin hüznlə və rəhmətlə anırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR