AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YAP Yevlax Rayon Təşkilatının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçlığı ilə,20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

  • + A
  • - A
  • 19-01-2022, 21:02

    YAP Yevlax Rayon Təşkilatının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçlığı ilə,20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

    19 yanvar 2022-ci il tarixdə YAP Yevlax Rayon Təşkilatının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" mövzusunda tədbir keçirilib. Tədbirdə rayonda fəaliyyət göstərən bir sıra idarə, müəssisə, təşkilatların rəhbərləri və nümayəndləri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan YAP Yevlax Rayon Təşkilatının Aparat rəhbəri Rafiq Əliyev ölkəmizin ərazi bütövlüyü uğrunda öz canlarından keçərək şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini anaraq, onlara Allahdan rəhmət diləmişdir. Rafiq Əliyev 20 yanvar hadisələrindən 32 il keçməsinə baxmayaraq xalqımızın öz şanlı tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş bu günü heç zaman unutmadığını bildirmişdir. Qanlı yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirdiyini bildirən Rafiq Əliyev, Sovetlər birliyinin xalqımızın müstəqillik əzmini qıra bilmədiyini, xalqımızın bu haqlı mübarizəsinin Ali Baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi ilə Azərbaycan Ordusunun rəşadəti hesabına 44 günülk Vətən müharibəsində möhtəşəm Qələbə ilə sonlandığını və bununlada şəhidlərin qanının yerdə qalmadığını qeyd etdi.
    Sonra 20 yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş olunmuşdur.
    Çıxış edən DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev 20 Yanvar faciəsini Azərbaycan xalqının çoxəsrlik zəngin tarixinin ağır, qanlı faciəsi ilə yanaşı, həm də şanlı qəhrəmanlıq səhifəsi olduğunu vurğulayaraq, bu günün xalqın yaddaşında “Qəhrəmanlıq Günü” kimi yazıldığını bildirib. Xalqımızın mübarizliyini, qorxmazlığını, cəsarətini bir daha bütün dünyaya nümayiş etdirən qanlı 20 Yanvar hadisələrindən uzun tarixi dövrün keçməsinə baxmayaraq, vətənimizin azadlığı və müstəqilliyi yolunda canlarını qurban vermiş oğul və qızlarımızın əziz xatirəsi, onların qanları ilə yazdıqları qəhrəmanlıq dastanı xalqımızın qəlbimizdə əbədi yaşayacaqdır deyə Natiq Əfəndiyev qeyd edib. Natiq Əfəndiyev ilk dəfə bu qanlı hadisələrə hüquqi qiymətin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb.

    Tədbirdə çıxış edənlər 20 yanvar hadisələrinin şahidi olmuş Cahid Nəbiyev, Kövər kənd məktəbinin direktoru Sevda Kərimova, Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax üzrə nümayəndəsi Rafiq Məmmədov və “Yevlax Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Elgün Əzizov xalqımızın başına gətirilən müsibətli yanvar hadisələrindən geniş söhbət açaraq bildirdilər ki, 20 yanvar hadisələri xalqın müstəqillik, azadlıq əzmini qırmaq üçün törədilsədə bu istəklər baş tutmadı və qısa zaman sonra Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etmiş oldu.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR