Şəhid Saleh Məmmədovdan bəhs edən "Saleh dastanı" kitabı işıq üzü görüb.
Azadmedia.az xəbər verir ki, Vətənin igid oğlu, Şəhid Saleh Məmmədovdan bəhs edən "Saleh dastanı" kitabı çap edilib. Kitabın müəllifləri Şahin Aydemir və Osman Məmmədovdur.
Belə ki, Fevralın 9-u şəhidin doğum günüdür. Məxsusi ad günü hədiyyəsi olan kitab, həmin tarixdə təntənəli surətdə oxuculara təqdim edələcəkdir.
Həmçinin kitab barədə qardaş Türkiyədən təklif alınıb. Belə ki, kitab Anadolu türkcəsinə çevrilərək Türkiyədə də çap olunacaq.
Bu həm də, qardaş Türkiyənin Azərbaycanın qəhrəman Şəhidinə olan ehtiramıdır.
Qeyd edək ki, kitabın müəllifləri Şahin Aydemir və Osman Məmmədov, təklifə və xeyirxah işə görə Türkiyədəki dostlara təşəkkür ediblər, eyni zamanda, “Tək millət, tək dövlət belə olur! Sağ olsun Türkiyədəki dostlar”, - deyə vurğulayıblar.