AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclis KİV-lə bağlı yayılan xəbəri təkzib etdi

  • + A
  • - A
  • 29-01-2022, 00:25

    Milli Məclis KİV-lə bağlı yayılan xəbəri təkzib etdi

    Yanvarın 28-də bəzi media orqanlarında Milli Məclisin İntizam Komissiyası tərəfindən kütləvi informasiya vasitələri nümayəndələrinin 2022-ci ilin yaz sessiyası dövründə parlamentin fəaliyyətini işıqlandırmaq üçün Milli Məclis Aparatında akkreditə olunması və bəzi media nümayəndələrinin akkreditasiyasının ləğv edilməsi haqqında həqiqətə uyğun olmayan məlumat verilmişdir.
    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi Azadmedia.az-a bildirib ki, Milli Məclisin İntizam komissiyasında media nümayəndələrinin parlamentdə akkreditasiyası məsələsinə baxılmamışdır və bu məsələ İntizam komissiyasının gündəliyində olmamışdır. Xahiş edirik ki, bu tipli informasiyaları yaymamışdan əvvəl məlumatı dəqiqləşdirəsiniz.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR