Milli Məclisin İntizam komissiyasının iclasının vaxtı məlum olub.
AzadMedia.az xəbər verir ki, komissiyanın toplantısı avqustun 2-də keçiriləcək.
İclasda Baş prokuror Kamran Əliyevin polis əməkdaşını döyən deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə göndərdiyi təqdimata baxılacaq.
İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edəcək.(report)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.