AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Parlamentin İntizam Komissiyasının Əsasnaməsi müzakirə edildi

  • + A
  • - A
  • 5-07-2021, 14:25


    Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının videokonfrans formatında birgə iclası keçirilib.

    İclasda “Milli Məclisin İntizam komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” məsələ müzakirə edilib.

    Qeyd edək ki, Milli Məclisin İntizam komissiyasının 9 maddədən ibarət əsasnaməsi İntizam komissiyasının təşkili qaydasını, səlahiyyətlərini, iş qaydasını, İntizam komissiyası üzvlərinin, həmçinin komissiyada barəsində araşdırma aparılan deputatın hüquqlarını və vəzifələrini müəyyən edir. Bildirilib ki, yeni əsasnamə mövcud qanunvericiliyə uyğun hazırlanıb. Xüsusən də İntizam komissiyası tərəfindən müraciətlərə, təqdimatlara və məlumatlara baxılması qaydası və müddətləri dəqiq müəyyən edilib.

    Məsələ səsə qoyularaq plenar iclasın gündəliyinə təklif edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR