Xəbər verdiyimiz kimi, Azərbaycanda yeni multibrend avtomobillərə xidmət mərkəzi “Motor House” fəaliyyətə başlayıb.
“Motor House” Azərbaycanda ilk dəfə multibrend avtomobil servisinin françayzinqini də təqdim edir.
Françayzinq sistemindən kiçik, orta və iri sahibkarlar istifadə edərək, Azərbaycanda və ölkə xaricində təmir sexlərinin “Motor House” bayrağı altında fəaliyyət göstərə bilərlər.
Məqsəd Azərbaycan avtomobil texniki xidmət sahəsində bütün ölkə üzrə standartları tətbiq etmək, respublikanın bir çox şəhərlərində və ölkədən kənarda bu sahədə ilk dəfə françayzinq sistemini quraraq “Motor House” bayrağı altında fəaliyyət göstərən xidmət sahələrinin, təmir sexlərinin sayını artırmaq və bu sahədə ixtisaslı kadrların yetişdirilməsinə nail olmaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.