“Mahir Emreli maraqlandığımız futbolçulardan biridir”.
Bunu Türkiyənin “Başakşehir” klubunun baş məşqçisi Emre Belözoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib.
“Onun transferi ilə klubun vitse-prezidenti Mustafa Eröğüt məşğul olur”, - o qeyd edib.
E.Belözoğlu Mahir Emrelinin “Legiya”da yaşadığı xoşagəlməz vəziyyəti də xatırladıb.
Qeyd edək ki, “Legiya”dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Millimizin hücumçusu varşavalı azarkeşlərlə məlum insidentdən sonra bu komandaya qayıtmaq istəmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.