AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı - 7 MİNİ DƏ KEÇDİ

  • + A
  • - A
  • 4-02-2022, 16:44

    Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı - 7 MİNİ DƏ KEÇDİ

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7050 yeni yoluxma faktı qeydə alınıb, 3 435 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

    03 Fevral 2022-ci il tarixində 6113 yoluxma faktı və 18 ölüm qeydə alındığı açıqlanmışdı. 04 Fevral 2022-ci il tarixində açıqlanmış fakt (7050) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayıdır.

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 400 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 989, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 811, buster doza üzrə vaksinasiya olunanların sayı isə 30 600 nəfərdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR