Fevral ayının 4-də Ağcabədi rayon Bayraq muzeyinin iclas zalında YAP ərazi ilk təşkilat sədrlərinin iştirakı ilə yığıncaq keçirilmişdir.
Yığncağı Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Elmar Məmmədov açaraq Yeni Azərbaycan Partiyası idarə heyətinin qərarı əsasında YAP Ağcabədi rayon təşkilatının sədri vəzifəsinə təyin edilmiş Əhmədov Rövşən Nağı oğlunu təqdim etmişdir.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək rayon təşkilatının gördüyü işlər barədə qısa məlumat vermiş, eyni zamanda yenidən ona göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə və Partiya rəhbərliyinə öz minnətdarlığını bildirmiş, rayon təşkilatının ətrafında birləşən 16200-dən artıq YAP üzvünün köməyi ilə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək üçün əzmlə mübarizə aparacağını bildirmişdir.
Yığıncaqda Yeni Azərbaycan Partiyasının təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev çıxış edərək Yeni Azərbaycan Partiyasının VII Qurultayında təsdiq edilmiş YAP-ın Nizamnaməsinə uyğun olaraq yeni struktura keçid barədə məlumat vermiş, partiya təşkilatlarının qarşısında qoyulan yeni tələblər barədə tövsiyələr vermiş,yığıncaq iştirakçılarına siyasi fəaliyyətlərində uğurlar arzulamışdır.
Yığıncaqda 1 saylı ərazi ilk təşkilatının sədri Səadət Kazımova, YAP veteranı Vaqif Qarayev, Salmanbəyli YAP ərazi ilk təşkilatının sədri Gülbikə Məmmədova, YAP Ağcabədi rayon təşkilatının idarə heyətinin üzvü Radə Qafarova çıxış edərək Rövşən Əhmədovun rayon təşkilatının sədri təyin edilməsini düzgün seçim kimi dəyərləndirmiş, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bir YAP fəalı kimi üzərlərinə düşən vəzifənin həyata keçirilməsi üçün var qüvvələrini səfərbər edəcəklərini bildirmişlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.