"ABŞ artıq Avropaya ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) tədarükçüsüdür və biz yaxın aylarda qaz tədarükümüzün təhlükəsizliyini təmin etmək üçün əməkdaşlığımızı gücləndirəcəyik".
Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.
O qeyd edib ki, Avropa qaz tədarükü ilə bağlı Norveç, Qətər, Azərbaycan, Əlcəzair və digər ölkələrlə danışıqlar aparır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.