Sabiq deputat Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətlə bağlı məhkəmə prosesi keçirilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, Səbail rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən iclasda xüsusi ittiham qaydasında verilən şikayət rədd edilib.
Qeyd edək ki, E. Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət olunmuşdu. Səbail rayon Məhkəməsinə müraciət edən şikayətçi E. Məmmədovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb etmişdi.
Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.