AMEA-nın prezidenti Ramiz Mehdiyev iclasda qurumun İşlər idarəsinin müdiri Elton Məmmədovu sərt tənqid edərək işdən azad edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, E.Məmmədov isə uzunmüddətli məzuniyyətə çıxaraq, iyun ayının 14-də işdən çıxması ilə bağlı ərizə yazaraq akademiyanı tərk edib.
"Qafqazinfo" xəbər verir ki, sabiq deputat Ramiz Mehdiyevin AMEA-da həyata keçirdiyi ilk təyinatlardan olub. Belə ki, R. Mehdiyev 2019-cu ilin oktyabrın 23-də AMEA prezidenti seçilib. Həmin ilin noyabrında isə Ziya Məmmədovun qardaşı Elton Məmmədova yüksək vəzifə verərək onu AMEA-nın "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edib. Təyinatından 4 ay sonra yəni 2020-ci ilin martın 6-da eks-deputat sözügedən vəzifədən azad edilib. Onun yerinə keçmiş nazir Əli Abbasov gətirilib.
Daha sonra isə E. Məmmədova AMEA-da işlər müdiri vəzifəsi həvalə edilib. Qısa vaxt aralıqlarıyla vəzifəyə gətirilib-çıxarılan Elton Məmmədovla AMEA prezidenti arasında fikir ayrılıqları və münasibətlərinin yaxşı olmadığı görünür. Elə bu anlaşılmazlıqlara görə Ramiz Mehdiyev onu qapalı iclasda sərt tənqid edib, E.Məmmədov da ərizə yazaraq AMEA-nı tərk edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.