AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BDU-da dekan seçkiləri başa çatıb

  • + A
  • - A
  • 15-02-2022, 17:54

    BDU-da dekan seçkiləri başa çatıb

    "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na uyğun olaraq səsvermə yolu ilə keçirilib

    Bakı Dövlət Universitetinin (BDU) 12 fakültəsində səlahiyyət müddəti bitmiş dekan vəzifələrinə seçkilər başa çatıb.

    Seçkilər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na uyğun olaraq səsvermə yolu ilə keçirilib.

    Yeni seçilmiş dekanları təqdim edirik:

    Mamoy Mansurov - Geologiya fakültəsi,

    Ələmdar Bayramov - Kitabxanaçılıq-informasiya fakültəsi,

    Rövşən Cavadov - Sosial elmlər və psixologiya fakültəsi,

    Afət Məmmədova - Biologiya fakültəsi,

    Ziyatxan Əliyev - Mexanika-riyaziyyat fakültəsi,

    İbrahim Zeynalov - Tarix fakültəsi,

    Bəxtiyar Paşayev - Fizika fakültəsi,

    Elçin Məmmədov - Filologiya fakültəsi,

    Aydan Xəndan – Şərqşünaslıq fakültəsi,

    Laçın Abışlı - Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi,

    Fuad Kərimov - Kimya fakültəsi,

    Akif Ağbabalı - Ekologiya və torpaqşünaslıq fakültəsi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR