AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADU-da köklü islahat: 18 kafedra müdiri və 2 dekan…

  • + A
  • - A
  • 21-09-2017, 13:38

    ADU-da köklü islahat: 18 kafedra müdiri və 2 dekan…













    Azərbaycan Dillər Universiteti boş qalan 18 kafedra müdiri və 2 dekan vəzifəsini icra etmək istəyən şəxslər üçün müsabiqə elan edib.

    Bu barədə məlumatı axar.az-a universitetin mətbuat katibi Ağa Cəfərli verib.

    O bildirib ki, müsabiqədə iştirak etmək istəyən şəxslər sənədlərini Təhsil Nazirliyinin 400 nömrəli əmri ilə təsdiq edilən “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan, dekan müavini vəzifələrinin tutulması qaydaları haqqında sənəd”in tələblərinə uyğun olaraq oktyabrın 17-dək Bаkı, AZ1014, R.Bеhbudоv küçəsi, 134-ə göndərə bilərlər.

    Qeyd edək ki, müsabiqədə lazımi elmi-pedaqoji, elmi ad və dərəcələrə, yüksək peşə-ixtisas hazırlığına, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR