Rusiya lideri Putin Ukrayna ordusuna qarşı xarici könüllüləri orduya çəkməyə hazırlaşır.
Azadmedia.az xarici mətbuatdakı araşdırmalara əsasən xəbər verir ki, Moskva Yaxın Şərqdən olan 16 min könüllünün Ukraynada döyüşməyə hazır olduğunu açıqlayıb. Rusiya qoşunları bu gün səhər ilk dəfə ölkənin qərb və mərkəzi hissəsində yerləşən 3 şəhərə hücum edib. Ukrayna sərhədindən 555 kilometr uzaqlıqda olan Xorvatiyanın paytaxtı Zaqrebdə gecə yarısı səmada partlayış olub, daha sonra ətrafa pis qoxu yayılıb. Üç metrlik çuxur qazan “sirli” obyektin yanında ağaclardan asılmış paraşüt var idi.Rusiyanın Ukraynaya müdaxiləsinin on altıncı gününə girərkən, Kiyev yaxınlığındakı nəhəng hərbi karvanın yeni peyk fotoşəkilləri ortaya çıxıb. Rus əsgərləri işğalın əvvəlindən bəri hücuma məruz qalmayan iki şəhəri ilk dəfə bu səhər hədəfə alıb.
- Daha əvvəl heç hücum etmədikləri Lutsk, İvano-Frankivsk və Dnepr şəhərlərini vuran rus işğalçılarını dəyərləndirən ukraynalı deputat İnna Sovsun ölkədə artıq təhlükəsiz şəhər qalmadığını bildirib.
Ukraynalı parlamentari Sovsunun sözlərinə görə, bu gündən ortaya çıxan mənzərə hər yerin təhlükəli olduğunu göstərir: "Təbii ki, uşaqlarımızın həyatı üçün dəhşətə gəlirik, amma əlimizdən gələn bir şey yoxdur. Təslim ola bilmərik. Döyüşməkdən başqa çarəmiz yoxdur. " Rusiyanın bombardmanları altında olan Çerniqov şəhərində bu gün sular kəsilib. Şəhər rəsmiləri deyirlər ki, gecə hava hücumları Çerniqovun su təchizatı şəbəkəsinə endirilib.
- Birləşmiş Millətlər Təşkilatı Ukraynanın 24 fevralda başlayan işğalında müharibədən qaçanların sayının 2,5 milyona çatdığını açıqlayıb.
- ABŞ, Aİ və G7 ölkələrinin Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar xüsusi ticarət statusunu ("ən çox əlverişli ölkə") ləğv edəcəyi gözlənilir. KİV-in məlumatına görə, bunu ABŞ prezidenti Co Bayden bu gün açıqlayacaq.
- ÜTT qaydalarına əsasən, “ən çox üstünlük verilən ölkə” statusuna malik olan ölkələr ümumiyyətlə ayrı-seçkiliyə məruz qala bilməz və onların bazarlara çıxışı məhdudlaşdırıla bilməz.
Bu statusun aradan qaldırılması artan iqtisadi sanksiyaların üzərinə Rusiya mallarına tariflərin tətbiqinə zəmin yaradacaq.
- Ağ Evin mətbuat katibi Cen Psaki Moskvanın Rusiyada fəaliyyətini dayandırmış şirkətlərin aktivlərinə həbs qoya biləcəyi ilə bağlı xəbərləri pisləyib.
- Ukrayna son 24 saat ərzində heç bir mülki şəxsin çıxa bilmədiyi Mariupol şəhərindən bu gün humanitar dəhlizlərin açılacağına ümid edir. Rusiyanın RİA xəbər agentliyi Donetskdəki rusiyapərəst separatçıların Ukraynanın Volnovaxa şəhərini ələ keçirdiklərini açıqlayıb. Agentlik bu xəbəri Rusiya Müdafiə Nazirliyinin bəyanatı əsasında yayıb. Volnovaha Rusiya qüvvələri tərəfindən mühasirəyə alınan liman şəhəri Mariupolun şimalına açılan qapıdır və strateji əhəmiyyət kəsb edir.
Ülkər Piriyeva