AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenskidən Rusiya xalqına: “Müharibəyə qarşı çıxın, Rusiya ilə heç bir müharibə istəmirik, sadəcə sülh istəyirik..” - ÖZƏL

  • + A
  • - A
  • 24-02-2022, 08:08

    Zelenskidən Rusiya xalqına: “Müharibəyə qarşı çıxın, Rusiya ilə heç bir müharibə istəmirik, sadəcə sülh istəyirik..” - ÖZƏL

    Ukrayna və Rusiya arasındakı böhranda diplomatiya ümidi yavaş-yavaş sönsə də, dünya müharibə ehtimalına hazırlaşır. İngiltərədən "işğal başladı" bəyanatından sonra ABŞ-dan da oxşar bəyanatlar gəldi. ABŞ prezidenti Bayden Rusiyanın “sülh gücü” qərarını “Rusiyanın Ukraynaya təcavüzünün başlanğıcı” kimi qiymətləndirib. Rusiyanın Ukraynadan diplomat və personalını təxliyə etməyə başladığı açıqlanıb. Digər tərəfdən, ABŞ-ın Rusiyanın Ukraynaya genişmiqyaslı işğala hazırlığı ilə bağlı kəşfiyyat məlumatı ötürdüyü iddia edilib. Pentaqon Rusiyanın Ukrayna sərhədində hərbi mövcudluğu ilə bağlı tənqidi açıqlama verib. Ukrayna və Qərb rəsmiləri ABŞ-ın Ukraynaya xəbərdarlığının təfərrüatlarını paylaşıblar. Bundan əlavə, Kreml Donbasdakı ukraynalı separatçıların Kiyev Administrasiyasına qarşı Rusiyadan kömək istədiyini açıqlayıb. Bölgədə baş verən son hadisələr...


    07:00 Rusiya lideri Putinin icazəsi ilə Rusiyanın Donbasda hərbi əməliyyatı başladı. Putin Ukrayna ordusunu “təslim olmağa” çağırıb.

    02:25 Rusiya Ukrayna sərhədinə yaxın bölgədə mülki uçuşlar üçün hava nəqliyyatını bağlayıb.

    02:55 Ukrayna Prezidenti Zelenski Telegram hesabında saat 02.50-də bir video yayımladı. Zelenski bildirib ki, bu gün Rusiya lideri Putinə zəng vurub, lakin onunla əlaqə saxlaya bilməyib: "Bu gün Rusiya Federasiyasının prezidenti ilə telefon əlaqəsi tələb etdim. Cavab susmaqdır. Amma susqunluq Donbasda olmalıdır".


    Zelenski Rus xalqına -
    Ukraynanın Rusiya üçün təhlükə yaratmayacağını deyən Zelenski, Rusiya ilə heç bir müharibə istəmirik, sadəcə sülh istəyirik, - deyə bildirib. Zelenski çıxışında, Rusiyanın Ukraynaya qarşı savaş əmri verdiyini iddia edərək, Rus xalqına “müharibəyə qarşı çıxın” çağırışı edib. Ukraynanın müharibə deyil, sülh istədiyini bildirən Zelenski, “Əminliklə deyə bilərik ki, bizə müharibə lazım deyil. Amma bizə hücum edilsə, ölkəmizi, azadlığımızı, həyatımızı əlimizdən almağa çalışsalar, özümüzü müdafiə edəcəyik”. Zelenski Ukrayna ilə sərhəddə təxminən 200 min rus əsgərinin olduğunu və Ukraynanın Rusiya ilə müxtəlif formatlarda görüşməyə hazır olduğunu bildirib.

    Zelenski çıxışının rus dilində olan hissəsində deyib: "Mən bütün Rusiya vətəndaşlarına müraciət etmək istəyirəm. Prezident kimi yox. Rusiya vətəndaşlarına Ukrayna vətəndaşı kimi müraciət edirəm. Bizim 2 min kilometr ümumi sərhədimiz var. Ordunuz sərhəddə düzülüb. 200 minə yaxın əsgər və minlərlə hərbi maşın var. Ölkə rəhbərliyiniz başqa bir ölkənin torpağındadır, o ordunuza irəli adım atmağı təsdiqləyib. Bu addım Avropa qitəsində böyük müharibənin başlanğıcı ola bilər”.



    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR