AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynalı siyasətçinin istirahət fotoları tənqid edildi

  • + A
  • - A
  • 15-02-2022, 20:40

    Ukraynalı siyasətçinin istirahət fotoları tənqid edildi

    Rusiya ilə Ukrayna arasında gərginlik günü-gündən artır. ABŞ Rusiyanın hər fürsətdə Ukraynaya hücum edəcəyini bildirsə də, Rusiya bu iddiaları təkzib edib. Bununla belə, Rusiya Ukrayna sərhədində hərbi birləşmələr yaratmağa davam edir.

    Bir çox zəngin ukraynalı şəxsi təyyarələri ilə ölkəni tərk edərkən, Ukrayna prezidenti Zelenski ölkəsində qaldığını və sona qədər mübarizə aparacağını bəyan edib. Həmçinin, Zelenski ölkədən kənarda olan 24 deputatı mümkün qədər tez Ukraynaya qayıtmağa çağırıb.

    Diplomatik hücumlar davam edərkən, Ukrayna xarici işlər nazirinin müavini, siyasətçi Emine Cepparovanın Qüdsdə tətildə olduğu üzə çıxıb. Cepparova Qüdsdəki fotolarını şəxsi İnstaqram hesabından paylaşıb. Nazir müavini həm Qüds şəhərinin mərkəzindən, həm də Mar-Sabadan fotolar yayımlayıb.

    Onun bu fotoları sosial şəbəkədə qınaq obyektinə çevrilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR