Masallı rayon İcra Hakimiyyəti Başçısı vətəndaşların qəbulunu keçirib.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, 11 mart 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov vətəndaşların qəbulunu keçirib.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Qəbulda 10 nəfərdən çox vətəndaş iştirak edib, əsasən Ünvanlı Dövlət Sosial Yardımı, maddi köməklik və iş ilə təminatla bağlı müraciətlər üstünlük təşkil edib.
Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov. vətəndaşların qəbulunu yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib, həmçinin həlli mümkün olan məsələlər yerində həll olub, digər məsələlər isə nəzarətə götürülüb.
Ülkər Piriyeva