Təklə ərazisində səyyar-görüş qəbulu təşkil olunub.
Azadmedia.az-ın cənyb bürosu xəbər verir ki, 02 mart 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov Təklə kənd ərazisində vətəndaşların səyyar-görüş qəbulunu keçirib.
Belə ki, qəbul mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil olunmuş və görüş zamanı karantin qaydalarına riayət olunması təmin olunub.
Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak ediblər.
İlk öncə Ulu öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra vətəndaşlardan Qasımov Cəfərbala Hənifə oğlu, Həmidov Əhmədağa Əli oğlu, Abbasov Asif Vəli oğlu, İsmayılov Yavər Şahverdi oğlu, Rüstəmov Qudrət Kamal oğlu, Əliyev Bayram Əli oğlu, Dadaşov Rəfael Böyükxan oğlu, Əhmədov Nuşirəvan Əhməd oğlu və başqaları çıxış edərək Təklə və Ləngan kənd yollarına asfalt vurulması, ərazidə içməli və təsərrüfat suyu probleminin olması, həyətyanı torpaq sahəsinin verilməsi, işlə təmin olunma, Sığıncaq kəndində çayın təmizlənməsi və s. məsələlər barədə müraciətlər ediblər.
Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülüb.
Ülkər Piriyeva