Milli Məclisin deputatı Məşhur Məmmədov Masallı şəhərində seçicilərlə növbəti dəfə qəbul keçirib. Azadmedia.az xəbər verir ki, YAP Masallı rayon təşkilatının inzibati binasında keçirilən qəbulda 4 şəhid ailəsi, 4 qazi olmaqla 18 seçici iştirak edib.
Qəbulda millət vəkilinin köməkçisi
Əli Nağıyev, YAP Masallı rayon təşkilatının sədri
Seyfəddin Əliyev və Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri
Qəşəm Hadıyev iştirak edib.
Vətəndaşların əksər problemləri yerindəcə həll edilib, digər müraciətlərlə bağlı müvafiq tədbirlərin görüləcəyi nəzərə çatdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.