AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Makron və Bayden sanksiyaları genişləndirməyi qərara aldılar

  • + A
  • - A
  • 14-03-2022, 09:19

    Makron və Bayden sanksiyaları genişləndirməyi qərara aldılar

    Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.

    Bu barədə Yelisey sarayının rəsmi saytında məlumat verilib.

    Fransa Prezidenti Kiyevdə öldürülən jurnalist Brent Renoya görə amerikalı həmkarına başsağlığı verib. Tərəflər Rusiyaya qarşı sanksiyaları genişləndirməyə qərar veriblər.

    Fransa lideri daha sonra Ukrayna Prezidenti Volodmir Zelenski ilə telefonla danışıb. Dövlət başçısı bildirib ki, Versal sammitində Avropa ölkələri Kiyevə əlavə yardımla bağlı razılığa gəliblər.

    Prezidentlər yaxın günlərdə yenidən telefon əlaqəsi yaratmağa qərar veriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR