AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynada həlak olan azərbaycanlı ailənin övladları Rusiyaya təxliyə olundu - YENİLƏNİB + FOTO

  • + A
  • - A
  • 14-03-2022, 15:15

    Ukraynada həlak olan azərbaycanlı ailənin övladları Rusiyaya təxliyə olundu - YENİLƏNİB + FOTO


    Ukraynanın Xarkov vilayətinin Çirkun kəndində yaşadıqları evə raket düşməsi nəticəsində həlak olan azərbaycanlı ailənin sağ qalan övladları Rusiyaya təxliyə olunub.

    Hadisə zamanı həlak olan Emin Mahmudovun qardaşı Ramin Mahmudov “Report”a açıqlamasında bildirib ki, uşaqlar hazırda Rusiyanın Oryol şəhərindədir.

    “Rusiyada yaşayan həmkəndlilərimizin köməyi ilə qardaşımın övladlarını sərhəddən götürmək mümkün olub. Əlaqə saxlamışam, vəziyyətləri yaxşıdır. Onların Azərbaycana gətirilməsi üçün sabahdan işlərə başlayacam. Ola bilsin özüm gedim, çünki uşaqlar bizim soyadımızı daşıyır. Vətənə gələndən sonra mənim himayəmdə qalacaq”, - R.Mahmudov söyləyib.

    14:24

    Xarkov vilayətinin Çirkun kəndində raketin evə düşməsi nəticəsində həlak olan azərbaycanlı Emin Mahmudovun və ailə üzvlərinin nəşi hadisə baş verən ərazidə qalıb.

    Bu barədə “Report”a Emin Mahmudovun qardaşı Ramin Mahmudov məlumat verib.

    O bildirib ki, qardaşının, həyat yoldaşının və qardaşının qayınanasının nəşlərini ərazidən götürmək və dəfn etmək mümkün olmayıb:

    “Artıq 10 gündür qardaşımgilin nəşləri həyətdə qalıb. Onlar yaşayan kəndə giriş məhdudlaşdırılıb. Biz meyitlərin Azərbaycana gətirilməsini istəyirdik, amma mümkün olmasa, elə yaşadıqları həyətdə dəfn edilməsini istərdik. Hazırda orada vəziyyət pis olduğuna və nə qədər davam edəcəyinə görə dəqiq bir söz demək olmur”.

    Qeyd edək ki, martın 5-də Emin Mahmudovun yaşadığı evə raket düşüb. Nəticədə ev sahibi, onun həyat yoldaşı və qayınanası həlak olub. Onların 3 övladı isə sağ qalıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR