AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DİM labirinti: suallar 12 martda niyə çətinləşdirildi?

  • + A
  • - A
  • 15-03-2022, 11:20

    DİM labirinti: suallar 12 martda niyə çətinləşdirildi?


    5-6 martdan etibarən orta ümumtəhsil məktəblərində 11-ci sinif şagirdlərinin buraxılış imtahanları başlayıb. 12-13 martda bölgələr üzrə növbəti imtahan keçirildi. Buraxılış imtahanlarından ümumi olaraq belə qənaətə gəlirik ki, şagirdlər daha çox riyaziyyat fənnindən çətinlik çəkiblər. İngilis dili fənnindən isə dinləmə bacarığını yoxlayan test tapşırığının olması imtahan iştirakçılarında problemlər yaradıb.

    Bu sözləri Axar.az-ın sorğusuna cavab olaraq təhsil eksperti Kamran Əsədov deyib.

    O bildirib ki, bəzi yerlərdə dinləmə mətni zamanı daha sürətli proqramdan istifadə olunub. Şagirdlər çox ciddi çətinlik çəkiblər:

    “İmtahan başlayan kimi bu bacarığın yoxlanması doğru deyil. Məhz ilk suallardan bu kimi suallar şagirdlərdə həyəcanı daha da artırır. Buraxılış imtahanının formatında dəyişiklik edilməlidir. İmtahanda yoxlanılan bacarıqlar heç də bütün şagirdlər üçün bərabər səviyyədə deyil. Nəzərə alınmalıdır ki, pandemiya dövründə uşaqların bir qismi tədris prosesindən kənarda qaldı, yoluxma olan məktəblərdə dərslər keçirilmədi”.

    Ekspertin sözlərinə görə, Azərbaycan dilindən 12-13 martda salınmış suallar 5-6 martda keçirilən imtahanla müqayisədə daha çətin olub:

    “Ağırlıq səviyyəsi bərabər deyildi. Hər bir sualın məzmun baxımından yoxlanılma alətləri var. Bu, çox ciddi məsələdir. Dünya səviyyəsində vahid halda müxtəlif imtahanlar keçirilir. Azərbaycanda bu tətbiq edilsə də, məzmunda problem var. Dünya təcrübəsində dinləmə, danışıq, yazı və təfəkkür bacarıqları yoxlanılır. Məzmun baxımdan isə fərqi yoxdur. Amma biz fərqli ixtisas qruplarına gedən şagirdləri eyni imtahanla yoxlayırıq. I və II qrupa gedən riyaziyyatçını III qrupun humanitarı ilə eyni suallarla imtahan edirik. III qrupda ingilis dili müəllimliyinə hazırlaşan şagirdlə I qrupun şagirdi niyə eyni səviyyədə yoxlanılsın? IV qrupun kimyasına hazırlaşan şagird niyə ingilis dilindən buraxılış imtahanı verir? Ona görə də qruplar üzrə fərqli buraxılış imtahanları olmalıdır. Əsas şərt vahid imtahanın olmasıdır, məzmun isə dəyişdirilməlidir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR