“Rusiya Ukraynanın NATO-ya üzv olmasına yol açır".
Bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Zelenski Krım, Qara dəniz və Azov dənizində baş verənlərin Rusiyanın hibrid müharibə elementlərinin bir hissəsi kimi qəbul edilməli olduğunu bildirib. Həmçinin Ukrayna lideri Stoltenberqlə Rusiya və Ukraynanın müxtəlif təlim və missiyalarda iştirakı ilə bağlı təhlükəni müzakirə etdiklərini söyləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.