ABŞ Prezidenti Co Bayden Polşada ukraynalı qaçqınlarla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ağ Ev yayıb.
Məlumata görə, görüş paytaxt Varşavanın milli stadionunda Ukraynadan olan qaçqınların qəbulu məntəqəsində baş tutub. Bayden burada həm qaçqınlarla, həm də onlara yardım edən könüllülərlə söhbət aparıb.