Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, Rusiya hərbçiləri hələ də Volodimir Zelenskini öldürməyə çalışırlar.
Bu barədə o, BBC-yə müsahibəsində danışıb.
Arestoviçin sözlərinə görə, Rusiya hərbçiləri birbaşa Prezident Ofisinin yaxınlığında dörd dəfə atəş açıblar. Bundan əlavə, işğalçılar ali hərbi-siyasi rəhbərlikdən kimisə, xüsusən də Arestoviçin özünü kənarlaşdırmaq istəyirlər.
"Sizin itaətkar xidmətiniz ilk beşlikdədir - bu, operativ məlumatlardandır. Danışıqlar getdiyindən prosesin aparıldığı Prezident Ofisini videobağlantı ilə vurmaq bütün yolları kəsmək deməkdir. Danışıqlar yoxdursa, bu, tamam başqa vəziyyətdir”, - Aretoviç deyib.
Prezident Ofisi rəhbərinin müşaviri onu da bildirib ki, Rusiyaya qarşı iqtisadi sanksiyaların ləğvi danışıqlar zamanı rəsmi Moskvanı narahat edən əsas mövzulardan biridir.
Arestoviçin sözlərinə görə, işğalçılar Prezident Ofisini daha bombalamayacaqlar, lakin o, qarşı tərəfin Zelenskinin başqa üsulla fiziki məhv etmək cəhdlərindən əl çəkməyəcəklərinə şübhə etmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.