AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kadırov 14 yaşlı oğlu ilə Ukraynada yaralı rus generalını ziyarət etdi - FOTO

  • + A
  • - A
  • 30-03-2022, 13:58

    Kadırov 14 yaşlı oğlu ilə Ukraynada yaralı rus generalını ziyarət etdi - FOTO


    Rusiyanın Ukraynanı işğalı davam edərkən Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Çeçenistan lideri Ramazan Kadırov 14 yaşlı oğlu ilə birlikdə Mariupola gedib.

    AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Kadırovun 12 övladından biri olan 14 yaşlı oğlu Ukraynada atası ilə görüntülənib. Belə ki, Çeçenistan lideri və oğlu burada yüksək rütbəli rus generallarına baş çəkiblər.

    Kadırovun yayımladığı təbliğat videosunda o, 14 yaşlı oğlu ilə hərbi libas geyinərək, Rusiyanın ən məşhur siyasi qətllərindən birinin baş şübhəlisi olan Ruslan Geremeyevin yanına getmək üçün xəstəxanaya gedir. Putinin ən böyük tənqidçilərindən biri olan Boris Nemtsovun qətlinin arxasında dayandığı hesab edilən Geremeyev Mariupoldakı çeçen qüvvələrinə də rəhbərlik edirmiş.

    43 yaşlı Geremeyev Rusiya ordusunun Şimal batalyonunda mayor kimi xidmət edir. Çeçenistan lideri Ramazan Kadırov "Telegram" kanalındakı yayımında Geremeyev və onun qoşunlarının Mariupolun əsas hissələrini ələ keçirdiyini iddia edib. Daha sonra inzibati binalardan birində çeçen bayrağı qaldırılıb və görüntülər təbliğat vasitəsi kimi dərc edilib.

    Böyük rus adları üçün önəmli şəxs olan Geremeyevin necə yaralandığı və niyə xəstəxanada olması barədə dəqiq məlumat yoxdur. Bununla belə, milli çeçen kanalları Geremeyevin Ukraynadakı müharibədə yaralandığını açıqlayıb.

    Kadırov üçün Geremeyev ən çətin işi görən şəxs olub. O, "təcrübəli və qorxmaz komandir" kimi adını doğruldub.

    Bununla yanaşı görüntülərdə Kadırovun 14 yaşlı oğlunu Rusiya ordusu generalı ilə tanış etdiyi və “Budur mənim Adamım” dediyi görülüb. General cavabında isə "Salam, yaxşı!" , ifadəsini işlədib.

    Bildirək ki, Kadırovun oğlu Adem daha əvvəl bahalı saat kolleksiyası ilə gündəmə gəlmişdi. Kolleksiyada 263 min funt sterlinq (təxminən 582 min AZN) dəyərində "Richard Mille" saatının olduğu da bildirilib.

    Mariupolda Kadırovun oğlu Adamdan başqa ailə üzvlərinin də olduğu qeyd olunub.

    Ukraynanın paytaxtı Kiyevi ələ keçirməyə cəhd etməzdən əvvəl Mariupolu tamamilə ələ keçirəcəyinə söz verən Kadırov, “Biz Ali Baş Komandanımız, Rusiya Prezidenti Vladimir Putinin əmrini şərəflə yerinə yetirəcəyik” , - deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR