AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib

  • + A
  • - A
  • 31-03-2022, 14:58

    Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib

    Martın 31-də İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Murad Mirzəyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.
    Anım mərasimində Müdafiə Nazirliyinin və Yasamal rayonu İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları, döyüş yoldaşları iştirak ediblər.
    Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
    Mərasimdə çıxış edənlər Murad Mirzəyevin şərəfli həyat və xidmət yolundan, onun vətənpərvərliyindən, göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən danışıblar.
    Qeyd olunub ki, şəhid zabitin göstərdiyi rəşadət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.
    Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR