AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu Ağakişibəyli kənd Şəhidi Polkovnik-leytenant Ramiz Cəfərovun anım mərasimi keçirilib - Fotolar

  • + A
  • - A
  • 12-11-2021, 08:50



    Vətən Müharibəsi Qəhrəmanı Polkovnik-leytenant Ramiz Cəfərovun anım mərasimi təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 11 noyabr 2021-ci il tarixdə Şəhid, Vətən Müharibəsi Qəhrəmanı, Polkovnik-leytenant Ramiz Cəfərovun anım mərasimi keçirilib.

    Belə ku, Anım mərasimində Masallı rayonundan Masallı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova iştirak ediblər.

    İlk öncə Bakı şəhəri Yasamal rayonu II Şəhidlər xiyabanında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Anım mərasimi Sumqayıt şəhər Saray qəsəbəsində mərasim zalında davam etdirilib. Mərasimdə şəhidin ailəsi, cəbhə yoldaşları və yaxınları çıxışlar edərək Vətən Müharibəsi Qəhrəmanı, Polkovnik-leytenant Ramiz Cəfərovun sücaətindən bəhs ediblər.

    Tədbirin yekununda körpə fidanlar və məktəblilərin ifasında vətənpərvərlik mövzusunda müxtəlif şerlər səsləndirilib.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Ülkər Piriyeva




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR