AK Partiya Balıkesir millət vəkili Yavuz Subaşı AK Partiya Balıkesir millət vəkili Yavuz Subaşı Azadmedia.az vasitəsilə Ölkə rəhbərliyinə və xalqımıza başsağlığı verib. Türkiyə millət vəkili həmçinin 31 Mart Azərbaycanlıların Sorqırımı günü ilə bağlı rəsmi başsağlığı məktubu ünvanlayıb.
“1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə görə, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. 31 Mart Azərbaycanlıların Sorqırımı günü olan bu acılı gündə 200 il boyunca ermənilər tərəfindən xaincə qətlə yetirilən, şəhid edilən azərbaycanlı qardaşlarımı rəhmət və saygğı ilə anıram. 26 Mart 1988-ci il tarixində mərhum prezident Ulu öndər Heydər Əliyevin təlimatları ilə hər il 31 mart tarixi azərbaycanlıların soyqırımı günü olaraq qeyd edilməyə başlanılmışdır. Başda prezident İlham Əliyev olmaq üzrə Azərbaycan xalqına baş sağlığı diləyirəm. “Tək millət, iki dövlət!” Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”