AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dəmir yumruğumuz yumşalan deyil.

  • + A
  • - A
  • 1-04-2021, 10:53


    Ruhiyyə Məmmədova yazır

    Xalqımızın qədim və zəngin tarixinin ən faciəli və kədərli, qan yaddaşımızdan silinməsi mümkün olmayan səhifələrindən biri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında yaşanmış və bu gün 103-cü ildönümünü qeyd etdiyimiz soyqırımıdır. Mart soyqırımı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı misli görünməmiş qəddarlıqla törətdikləri kütləvi qırğındır.

    İnsanlıq simasını itirmiş erməni cəlladları tərəfindən günahsız soydaşlarımıza qarşı törədilmiş bu cinayət nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Üç gün davam edən qırğın zamanı azğınlaşmış erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, dinc əhalini uşaqdan böyüyədək vəhşicəsinə qətlə yetirmişlər.

    Kütləvi qırğına təkcə paytaxt sakinləri məruz qalmamışlar. Həmin ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimiş, Şamaxı Cümə məscidi də daxil olmaqla bir çox mədəniyyət abidələri yandırılmış, uçurulmuş və yerlə yeksan edilmişdir. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.

    Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşlər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.

    1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq qətlə yetirilmiş, bu faciəli hadisədən bir nəfər belə sağ çıxmamışdır.

    İrəvan quberniyasının 199 kəndi yerlə yeksan edilmiş, bu kəndlərdə yaşayan 135 min azərbaycanlı vəhşicəsinə öldürülmüşdür. Daha sonra Qarabağa yürüş etmiş erməni silahlı dəstələri tərəfindən 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi amansızlıqla qətlə yetirilmişdir.

    Göründüyü kimi, ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş bu qətliam erməni daşnaklarının insanlıqdan uzaq xislətini, mənfur niyyətini və vəhşiliyini bir daha sübuta yetirir.

    İllər ötür, qərinələr və əsrlər dəyişir... Dəyişilməz erməni faşizminin mahiyyətidir. Müzəffər Azərbaycan Ordusu qarşısında diz çökən ermənilər yenə də öz mənfur əməllərindən əl çəkmir, tərk etmək məcburiyyətində qaldıqları evləri yandırır, kəndləri viran qoyur, meşələri məhv edirlər. İşğal etdikləri ərazilərdə 30 il ərzində daşı daş üstə qoymayan, yaşadıqları məkanı xarabalığa çevirən, tarixi saxtalaşdırıb ümumbəşəri dəyərlərə qənim çıxan, insani keyfiyyətləri itirib nəsildən-nəslə vəhşiləşən erməniləri Yer üzündə yaşamaq haqqına malik millət adlandırmaq olarmı? İnsanları yalnız milli mənsubiyyətinə görə qətlə yetirənlər insan adına layiqdirlərmi?

    Allahdan soyqırımı qurbanlarına rəhmət, xalqımıza səbir diləyirik!

    Ulu Öndərimiz Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Soydaşlarımızın əziz xatirəsini yad edir, “Ruhunuz şad olsun!” – deyirik.

    Haqqımız var: şəhidlərimizin qanı yerdə qalmır, düşmən cəzasını almaqdadır.

    Dəmir yumruğumuz yumşalan deyil.

    Ruhiyyə Məmmədova,
    “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR