Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəni tərk edənləri, qorxanları və ya baş verənləri anlamayanları dövlətin düşməni kimi görmür.
Azadmedia.az Reuters agentliyinə istinadən xəbər verir ki, “Bizim qorxan insanlarımız vardı. Hər şey başlayanda qorxdular. Biri getdi, uzun məzuniyyətə getdiyini dedi. Hər kəs fərqli davranırdı, amma qorxanlar, başa düşməyənlər var idi. Və onlar heç də dövlət düşməni deyillər”, - deyə Peskov bildirib.
Qeyd edək ki, Kseniya Sobçak, İvan Urqant və Regina Todorenko kimi məşhurların gələcək taleyi ilə bağlı sualı cavablandıran Peskov qeyd edib ki, “onlar dövlətin düşməni deyillər”. Urqantı çox yaxşı tanıdığını vurğulayan Peskov, “O, böyük vətənpərvərdir” deyib.