Ermənistan “DAVARO” adlı kamikadze PUA-ları təqdim edib.
Azadmedia.az xəbər verir ki, Ermənistanda keçirilən hərbi texnologiya sərgisində yeni PUA da təqdim edilib. Yarmarkada ölkənin müdafiə sənayesi şirkətlərindən biri olan DAVARO-nun istehsal etdiyi lazerlə idarə olunan dəqiqlikli döyüş sursatları ilk dəfə nümayiş etdirilib. Digər tərəfdən DAVARO-nun adı sosial mediada böyük marağa səbəb olub.
Belə ki, Ermənistanın 3-cü Beynəlxalq Müdafiə Texnologiyaları Sərgisi (ArmHighTech 2022) martın 31-də paytaxt İrəvanda Karen Dəmirçyan adına Konsert və İdman Kompleksində keçirilən mərasimlə başlayıb.
Aprelin 2-dək açıq olacaq yarmarkada 50-dən çox erməni və xarici şirkətin məhsulları nümayiş etdirilir. Sərgi müasir müdafiə texnologiyaları və xidmətlərini təqdim etmək, yeni tərəfdaşlıq əlaqələri qurmaq, tərəfdaşlıq əlaqələrini gücləndirmək, yeni tərəfdaşlar və investorlar tapmaq məqsədi daşıyır. SoyArmenyo saytında yer alan xəbərə görə; Sərgidə Rusiya, ABŞ, Fransa, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, İran, Belarus və İraqdan nümayəndə heyətləri iştirak edib.