Rusiyanın Ukraynada etdiklərinə qarşı Qərb administrasiyalarının reaksiyaları artır - SON DƏQİQƏ
Rusiya qoşunlarının Kiyev ətrafından geri çəkildiyi bölgələrdən biri olan Buça şəhərindən mülki əhalinin ölümünü əks etdirən şəkillər və fotoşəkillərə Qərb administrasiyalarının reaksiyaları artır.
Azadmedia.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Buça şəhərindən çəkilmiş fotoları “dözülməz” adlandıraraq, Rusiya hakimiyyətini günahlandırıb. Almaniya baş nazirinin müavini Robert Habek Bild qəzetinə müsahibəsində edilənlərin cavabsız qala bilməyəcəyini deyib. Avropa Komissiyasının sədri Ursula von der Leyen Twitter-dəki mesajında "Təsviri çətin olan dəhşətli xəbərdən dəhşətə gəldim" dedi və araşdırma aparılmasını tələb edib.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR