AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynanın bu ərazilərində humanitar fəlakət yaşanır

  • + A
  • - A
  • 8-03-2022, 21:40

    Ukraynanın bu ərazilərində humanitar fəlakət yaşanır


    İrpenin keçmiş meri Vladimir Karplyuk Vorzel, Buça, Qostomel, Zabuçye və Mixaylovka-Rubejovka ərazilərində rusiyalı hərbçilərin törətdiyi dəhşətlərdən danışıb.

    O, “Facebook”da yazıb ki, bu yaşayış məntəqələrində, xarici aləmlə əlaqə kəsilib. Bəzi yerlərdə ərzaq və su qurtarıb, işıq və istilik yoxdur.

    “Bu gün mən Ukraynanın paytaxtı yaxınlığında ağır humanitar böhrana son qoymaq məqsədi ilə bütün beynəlxalq ictimaiyyətə müraciət edirəm. İrpendə, qonşu şəhər və qəsəbələrdə humanitar fəlakət yaşanır.

    Vorzel, Buça, Qostomel, Zabuçye və Mixaylovka-Rubejovka Rusiya qoşunları tərəfindən tamamilə ələ keçirilib. Onlar yerli sakinlərin evlərini tərk etməsinə imkan vermir. Bəzən yaşayış binaları müxtəlif növ silahlardan atəşə tutulur.

    İrpen, Buça, Qostomel, Vorzel, Mixaylovka-Rubejovka, Zabuçye artıq humanitar fəlakətin episentridir.

    Sakinlərinin Kiyev vasitəsilə təxliyəsi üçün təcili olaraq təhlükəsiz yaşıl dəhliz lazımdır.

    Əks halda itkilər təkcə silahlardan olmayacaq. Rusiyalı hərbçilər bu yaşayış məntəqələrinə humanitar yardımların daşınmasına imkan vermirlər”, - o qeyd edib.

    Karplyukun sözlərinə görə, Rusiya qoşunları paytaxta növbəti hücum üçün Qostomel-Buça-İrpen-Qoreniçi sərhədi boyunca xətt təşkil edirlər. Yerli əhali ac və soyuq zirzəmilərdə girov kimi saxlanılır.

    “Mən bütün beynəlxalq ictimaiyyəti İrpen şəhərinin mülki əhalisini ölümdən xilas etmək üçün səy göstərməyə çağırıram”, - keçmiş mer yazıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR