Hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən şəffaf seçimi nəticəsində Azərbaycanın hakim korpusu 75 faiz yenilənmişdir.
Azadmedia.az-ın məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov deyib. O bildirib ki, onların sırasında gənclərin üstünlük təşkil etməsi, həmçinin gender bərabərliyi baxımından qadınların sayının xeyli artması bizi sevindirir.
"Məhkəmə infrastrukturunun müasirləşdirilməsi və hi-tech məhkəmələrin yaradılması daim diqqətimizdə saxlanılaraq Dünya Bankının iştirakı ilə paytaxtda və bölgələrdə 35, o cümlədən təkcə ötən ildə 11 məhkəmə üçün yeni, müasir bina və komplekslər istifadəyə verilmiş, onlar "Elektron məhkəmə" sistemi ilə təchiz olunub.
Yeri gəlmişkən, Azərbaycanda tətbiq edilən elektron məhkəmə sistemi məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsində və şəffaflığın artırılmasında mühüm rol oynayır.
Bildirməliyəm ki, bu sahədə islahatlarımız beynəlxalq maraq doğuraraq təqdir edilmiş, Dünya Bankının müxtəlif nominasiyalarına, Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" mükafatına layiq bilinib", - nazir deyib
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.