Türkiyə səfirliyi Ukraynanın paytaxtında fəaliyyətini bərpa edəcək.
Türkiyə Xarici İşlər Nazirliyi Çernivtsiyə təxliyədən bir ay sonra Kiyevdəki səfirliyinin işini bərpa edib.
"Fəaliyyətimizi müvəqqəti olaraq logistik mərkəzimizə çevrilən Çernivtsi şəhərinə köçürdük. Və bu gün biz öz evimizə, Kiyevə qayıtdıq. Sabahdan Panas Mirnı küçəsi, 22 ünvanında yerləşən binamızda işimizə, o cümlədən konsulluq xidmətlərimizi göstərməyə davam edəcəyik", - deyə səfirliyin "Facebook" səhifəsində bildirilib.
Qeyd edək ki, Türkiyə Kiyevi tərk edən sonuncu səfirlik olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.