Ege Universitetinin professoru Özgür Tatar ADAU-da seminar keçib.
Azadmedia.az xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarlar davam edir.
Proqram çərçivəsində növbəti seminar Ege Universitetinin professoru Özgür Tatar tərəfindən “İklim değişikliği ve tarım” mövzusunda keçilib.
Seminarda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, elmi işlər üzrə prorektor Azad İbrahimov, Aqronomluq və Torpaqşünaslıq və aqrokimya fakültələrinin professor-müəllim heyəti, bakalavr və magistr tələbələri iştirak ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
ƏLİHÜSEYN ŞÜKÜROV