AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Xəmsə” Milli İntellektual oyunu üzrə “ZƏFƏR” kubokunun növbəti mərhələsi keçirilib - FOTO

  • + A
  • - A
  • 13-04-2022, 14:40

    Masallıda “Xəmsə” Milli İntellektual oyunu üzrə  “ZƏFƏR” kubokunun növbəti mərhələsi keçirilib - FOTO

    Masallıda “Xəmsə” Milli İntellektual oyunu üzrə
    “ZƏFƏR” kubokunun növbəti mərhələsi təşkil edilib.


    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, 12 aprel 2022-ci il tarixdə Mahmudavar kənd tam orta məktəbində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə rayon tam orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında "Xəmsə" Milli İntellektual oyunu üzrə "Zəfər" kubokunun B qrupu üzrə Hişkədərə, Miyankü, Mahmudavar və Şatıroba məktəblərinin şagirdləri öz biliklərini ortaya qoydular.
    Maraqlı mübarizə şəraitində keçirilən bilik yarışında E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin komandası bütün rəqiblərindən güclü olaraq may ayında keçiriləcək final oyununa vəsiqə qazandı.

    Xatırladaq ki, 14 aprel 2022-ci il tarixdə Boradigah qəsəbəsi İ.Nağıyev adına 2 saylı tam orta məktəbdə C qrupunda yer alan məktəblər final oyununa vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.

    ƏLİHÜSEYN ŞÜKÜROV


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR