AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Voleybol” üzrə rayon birinciliyi keçirilib

  • + A
  • - A
  • 21-02-2022, 10:05

    Masallıda “Voleybol” üzrə rayon birinciliyi keçirilib

    Masallıda voleybol üzrə rayon birinciliyi keçirilib.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, 18-19 fevral 2022-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Masallı rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılıgı ilə Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 saylı tam orta məktəbin idman zalında Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş məktəblilər arasında voleybol idman növü üzrə rayon birinciliyi təşkil olunub.

    Belə ki, 10 komandanın iştirakı ilə təşkil olunmuş rayon birinciliyinin keçirilməsində məqsəd 26 fevral Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etmək, rayonda voleybol idman növünə olan marağı artırmaq, perspektivli idmançıları aşkar etməkdən ibarət olub.

    Yarışın nəticəsinə əsasən, Masallı rayon Türkoba kənd S.Vurğun adına tam orta məktəbin komandası birinci yerə, Qodman kənd CəKazımov adına tam orta məktəbin komandası ikinci yerə, Xırmandalı kənd X.Məmmədov adına tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb.

    Qeyd edək ki, rayon birinciliyində qalib gəlmiş komandalar təşkilatçılar tərəfindən diplomlarla mükaftalandırılıblar.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR