AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Xəmsə” Milli İntellektual oyunu üzrə seçim turu keçirilib

  • + A
  • - A
  • 16-10-2021, 09:10



    Masallıda yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual oyunu üzrə rayon seçim turu keçirilib.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 15 oktyabr 2021-ci il tarixdə Masallı “Gənclər evi” sosial xidmət müəssisəsində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 18 oktyabr Dövlət müstəqilliyi gününə həsr edilmiş yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə Masallı rayon seçim turu təşkil edilib.

    Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın icrası çərçivəsində təşkil olunan yarışda rayonun tam orta ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlər yarışıblar.

    Yarışın yekun nəticəsinə əsasən birinci yerə Masallı şəhər 3 saylı tam orta məktəbinin komandası, ikinci yerə Bala Kolatan kənd tam orta məktəbinin komandasl, üçüncü yerə Sığıncaq kənd M.Qarayev adına tam orta məktəbin komandası layiq görülmüşdür.Fərqləndiyinə görə isə “Dəfinə” məktəb-liseyinin komandası diplomla mükafatlandırılıb.

    Yarışda qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsi tərəfindən diplomlarla təltif edilib.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR