AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Boyat kəndində səyyari qəbul keçirmişlər

  • + A
  • - A
  • 14-04-2022, 21:24

    Boyat kəndində səyyari qəbul keçirmişlər

    Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə Boyat kəndində səyyari qəbul keçirmişlər.

    Qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, kənd sakinləri, torpaq mülkiyyətçiləri iştirak etmişlər. Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov qəbulda çıxış edərək vurğulayıb ki, ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar qəbulların əsas məqsədi yerlərdə sakinlərin müraciətlərini dinləmək və onları narahat edən məsələlərin həllinə nail olmaqdır. Bu təkcə tapşırığın yerinə yetirilməsi deyil, həm də ölkədə aparılan sosial siyasətin tələblərinə cavab verilməsi deməkdir.

    Qəbul zamanı kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilib, narahatlıq doğuran məsələlərin bir qismi yerində öz həllini tapıb. Həlli vacib olan məsələlər ilə bağlı aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilib.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR