AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağcabədidə anım günü münasibətilə tədbir keçirilmişdir.

  • + A
  • - A
  • 13-12-2021, 21:30


    Dekabr ayının 12-də Ağcabədi rayonunda Ümummilli Lider Heydər Əliyevin vəfat etməsinin 18-ci ildönümü münasibətilə anım tədbiri keçirilmişdir.
    Həmin gün səhər saatlarından başlayaraq axşamadək rayon əhalisi, o cümlədən əmək kollektivlərinin , Yeni Azərbaycan Partiyasının üzvləri Ulu Öndər Heydər Əliyevin adını daşıyan meydanda ucaldılmış heykəli önünə tər çiçəklər düzərək onun əziz xatirəsini ehtiramla yad etmişlər.
    Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının I müavini, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu Öndərin abidəsini ziyarət etdikdən sonra Ağcabədi rayon Gənclər mərkəzində şəhid ailələri, Qarabağ Müharibəsi əlilləri və YAP veteranlarının iştirakı ilə təşkil edilmiş ehsan süfrəsində iştirak etmişlər.
    Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov çıxış edərək Müstəqil Azərbaycan Dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan Xalqı qarşısındakı misilsiz xidmətləri, onun siyasi kursunu Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini, 44 günlük Vətən Müharibəsində Erməni işğalçıları üzərində qazanılan qələbənin məclisdə iştirak edən şəhid valideylərinin böyütdüyü qəhrəman şəhidlərin canı və qazilərin qanı bahasına əldə edildiyini qeyd etmiş, Ulu Öndər Heydər Əliyevə və şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa diləmişdir.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR