Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləriləri rayonun Hindarx qəsəbəsində növbəti səyyari qəbul keçirmişlər.
Qəbulda İcra hakimiyyətinin başçısı aparatının məsul işçiləri, Hindarx qəsəbə icra nümayəndəsi, bələdiyyə sədri, YAP Hindarx qəsəbə ərazi təşkilatının sədri, qəsəbənin məktəb direktorları və ərazidə fəaliyyət göstərən idarə, təşkilat, müəssisə rəhbərləri, fermerlər, torpaq mülkiyyətçiləri və sahibkarlar iştirak etmişlər.
Səyyari qəbulda rayon İcra hakimiyyətinin başçısı R.Hüseynov çıxış edərək, ölkədə və dünyada baş verən siyasi proseslər, təsərrüfat işləri barədə məlumat vermiş, qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün öz tövsiyyələrini vermişdir. Qəbulda vətəndaşların müraciətləri əsasında onları narahat edən mövcud problemlərin yerində öyrənilməsi və operativ həll edilməsi barəsində aidiyyatı təşkilat və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.