AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon Heydər Əliyev mərkəzində “Tarixi abidələrimizə qarşı erməni vandalizmi” mövzusunda mühazirə deyilib - Foto

  • + A
  • - A
  • 18-04-2022, 20:35

    Masallı rayon Heydər Əliyev mərkəzində “Tarixi abidələrimizə qarşı erməni vandalizmi” mövzusunda mühazirə deyilib - Foto

    Azadmedia.az - Aprelin 18-də Masallı rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Gülcahan Vəkilzadə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin gənc könüllülərinə “Tarixi abidələrimizə qarşı erməni vandalizmi” mövzusunda mühazirə deyib.

    Mühazirə “18 Aprel – Tarixi abidələrin mühafizəsi Günü” ilə əlaqədar Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

    Baş fond mühafizi tarixi, mədəni, memarlıq abidələrinin və müqəddəs dini inanc yerlərimiz olan məscidlər, türbələr, qəbiristanlıqlar, dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarası və digər nadir maddi və mənəvi mədəniyyət nümunələrinin erməni vandalizminin qurbanına çevrildiyi barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilib. G. Vəkilzadə şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşünün doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə yanaşı, tarixi, mədəni irsimizin də erməni vandallarından xilas edildiyini diqqətə çatdırıb.






    Ülkər Piriyeva



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR