AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

HEYDƏR ƏLİYEV DÜHASI - MASALLIDA TƏDBİR - FOTO

  • + A
  • - A
  • 21-04-2022, 21:22

    HEYDƏR ƏLİYEV DÜHASI - MASALLIDA TƏDBİR - FOTO


    Azadmedia.az - Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Kolatan ərazi partiya təşkilatı ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar “Heydər Əliyev dühası” mövzusunda bədii qiraət müsabiqəsi keçirmişdir. Müsabiqədə Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak etmişlər. Müsabiqədə türk dünyasının böyük oğlu, ümummilli lider, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

    Müsabiqədə iştirak edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən geniş şəkildə danışmış, Ulu öndərin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsindəki misilsiz fəaliyyətindən bəhs etmişdir.
    Müsabiqənin final mərhələsində münsiflər tərəfindən şeirlər dinlənilib və qaliblər müəyyən olunub. Müsabiqədə 44 günlük Vətən müharibəsində şəhid olmuş Abasov Ayaz Nizami oğlunun bacısı Rufanə Abasova da qaliblər sırasında yerini almışdır.
    Qaliblərə rayon təşkilatı tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim edilmişdir.
    ƏLİHÜSEYN ŞÜKÜROV







    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR