AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon Heydər Əliyev Mərkəzində “Xalqın xilaskarı” mövzusunda elmi-praktiki konfrans keçirilib - FOTO

  • + A
  • - A
  • 10-12-2021, 08:05


    “Xalqın xilaskarı” mövzusunda elmi-praktiki konfrans təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Ulu Öndərin vəfatının ildönümü ilə əlaqədar Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə xüsusi karantin rejiminə əməl olunmaqla “Xalqın xilaskarı” mövzusunda elmi-praktiki konfrans keçirilib.

    Tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin kollektivi, Masallı rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının, Masallı rayon Tarix-diyarşünaslıq Muzeyinin, Masallı Gənclər Evi “Sosial Xidmət Müəssisəsi”nin, GİKM-in Masallı nümayəndəliyinin, Masallı rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, həmçinin Masallı Dövlət Regional Kollecinin müəllim və tələbə heyəti iştirak ediblər.

    Tədbirə başlamazdan öncə ümummili lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
    Mərkəzin direktoru Dilbər İbayeva konfransı açıq elan edərək müasir Azərbaycanın əldə etdiyi tərəqqi və inkişafın bilavasitə həyatının böyük hissəsini öz xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. D. İbayeva sözü Masallı rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayevə verib. Sədr mərhum lider Heydər Əliyevlə bağlı xatirələrini söyləmiş, diqqətə çatdırmışdır ki, Ulu öndər Heydər Əliyev Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi düşmüşdür.

    Q. Fətullayev məruzəsinin davamında Ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edib.

    Daha sonra tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə, Gənclər və İdman İdarəsinin əməkdaşı Mehman Zahidov və MDRK-nin müəllimi Elvira Soltanzadə Ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən, ölkənin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar. Çıxışlarda ölkəmizin inkişafında qazanılan bütün nailiyyətlərin Heydər Əliyev siyasətinin bəhrəsi olduğu bildirilib, Ulu Öndərin tarixdəki müstəsna rolu barədə qeyd olunub.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR