AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Heydər Əliyev və Azərbaycanda qadın siyasəti - Masallıda tədbir - FOTO

  • + A
  • - A
  • 25-04-2022, 19:51

    Heydər Əliyev və Azərbaycanda qadın siyasəti - Masallıda tədbir - FOTO

    Azadmedia.az - 25 aprel 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda fəal qadınlarla tədbir keçirilmişdir.Tədbirdə Ümummilli lider, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışmış, Ulu öndərin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsindəki misilsiz fəaliyyətindən bəhs etmişdir.
    Tədbirdə iştirak edən Qızılavar ərazi partiya təşkilatının sədr müavini Lətifə Qənbərzadə, Şəhər 1 saylı məktəb ərazi partiya təşkilatının sədri Mehriban Sultanova, Qəzvinoba ərazi partiya təşkilatının sədri Sevda Nuriyeva və başqaları çıxış edərək Ulu Öndərimizin siyasətini bu gün ləyaqətlə davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkənin ictima-siyasi həyatında qadınlara çox böyük diqqət yetirilməsindən danışmışlar.
    ƏLİHÜSEYN ŞÜKÜROV








    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR