Uca Allah,sən yaratdın,
Sınaqlara məni atdın.
Verdiyini qaytarımmı?
Yoxsa,biraz saxlayımmı?
Bu yük yaman ağır oldu,
Ha daşıdım,ha yoruldum.
Birazca nəfəs alımmı?
Ya da yıxılıb qalımmı?
Bəlkə yazını pozasan,
Bir ayrı ömür yazasan.
Necə olum?Mehribanmı?
Yoxsa,əzazil-zalımmı?
Məncə,gərək İnsan olum,
Axı Sənədir tək yolum.
Allahım!!!Qurbanın olum,
Gələndə yada salımmı?
Fərid Mahmudoğlu,
07.05.2022,Bakı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.